Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistana 24 saat vaxt qoyub, işğaldakı 8 kəndini könüllü təhvilini tələb etməliyik"
"Ermənistana 24 saat vaxt qoyub, işğaldakı 8 kəndini könüllü təhvilini tələb etməliyik"

Sabah Ermənistanla Azərbaycan arasında delimitasiya komissiyalarının növbti danışıq raundu keçiriləcək. Bu danışıqların mühüm bir irəliləyiş göstərəcəyi gözlənilmir.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, növbəti görüşdən ciddi nəticə gözlənilmir.

Əhəd Məmmədli Əhəd Məmmədli

“İlk olaraq, tərəflərin heç birində o həvəsi görmürəm. İkincisi tərəflərin bir-birinin şərtlərini qəbul edəcəyinə inanmıram. Sadəcə olaraq, təəssüflü hal oldu ki, Azərbaycan güclü tərəfi olaraq öz minimum tələblərini qəbul etdirə bilmir”-deyən Əhəd Məmmədli vurğulayıb ki, Azərbaycan bu günə kimi 8 kəndini də geri qaytara bilməyib.

Politoloq bildirib ki, Ermənistan da Başkəndi istəyir.

“Ermənistan məğlub olan tərəfdir. Məğlub olan tərəflə, qalib olan tərəf paralel bir-birlərinə qarşı nəticələr əldə edə bilməzlər. Ərazi mübadiləsi edə bilməzlər. Yəni bu zaman qalib olan tərəflə məğlub olan tərəf arasında heç bir fərq qalmır. O halda, Azərbaycan döyüş meydanında aldığı uğurları diplomatik meydanlarda itirmiş olur. Bu səbbədən də, biz Ermənistandan 8 kəndi istəməməliyik. Getməliyik, girməliyik və götürməliyik. Onlara 24 saat vaxt qoymalıyıq. Ya o 8 kəndi bizə təhvil verirsiniz, ya da özümüz girib onları sizdən alacağıq. Ermənilər ancaq bu dildən başa düşür. Biz isə, təəssüf olsun ki, yenə diplomatik dildə onlarla danışmağa başlamışıq. Ola bilsin ki, biz Amerika və Avropa təzyiqi kimi nüanslara görə bundan ehtiyatlanırıq. Hər halda nəzərə almalıyıq ki, bizim yanımızda güclü Türkiyə var”-deyə politoloq vurğulayıb.

Əhəd Məmmədli, Rusiya-Ermənistan münasibətlərində olan gərginlikdən də danışıb. Və bildirib ki, bütün bunlardan Azərbaycan istifadə etməyi bacarmalıdır.

“Əks halda, biz ermənilərlə bərabər tərəf kimi bu məsələlərdə iştirak etməyə davam etsək, təbii ki, o zaman düşmən bizə heç bir güzəştə getməyəcək”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »