ABŞ hökuməti Şimali Koreyanın orbitə göndərdiyi casus peyki ilə Ağ Ev, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və bəzi ABŞ hərbi bazalarının şəkillərini ələ keçirdiyi iddiasına cavab verib.
Bizimyol.info xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında ABŞ Müdafiə Nazirliyinin sözçüsü Briqada generalı Patrik Rayder Pxenyanın qeyd etdiyi bir çox görüntünün ictimaiyyət üçün açıq olduğuna diqqət çəkib: "İnternetdə Pentaqonun və Ağ Evin çoxlu şəkilləri var, bunun üçün peyk şəkillərinə ehtiyac yoxdur, çünki dünyanın tanıdığı bu binalar gizlədiləcək obyeklər deyil", - deyə o bildirib.
Rayder jurnalistlərin suallarına cavab olaraq Şimali Koreya tərəfindən buraxılan peykin orbitə çıxdığını təsdiqləyib: “Onun orbitdə olduğunu bilirik. Bir şeyin orbitə girməsi üçün o, Yerin cazibə qüvvəsindən çıxmalı və Yer ətrafında orbitdə qalmalıdır", - deyə qeyd edib.
"Beləliklə, bu buraxılışın parametrlərinin nə olduğunu və nəyə nail olmağa ümid etdiklərini müəyyən etmək həqiqətən Şimali Koreyalılara aiddir", - deyə Rayder ABŞ-ın Cənubi Koreya, Yaponiya və digər tərəfdaşlarla sıx əlaqə saxlayacağını, həmçinin müvafiq hadisələri yaxından izləyəcəyini bildirib.
Qadir, Bizimyol.info