Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Ərdoğan BMT-nin baş katibi ilə telefonla danışıb
Türkiyə Prezidenti Ərdoğan BMT-nin baş katibi ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefonla danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Administrasiyanından verilən məlumatda qeyd edilir.

Bildirilir ki, Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza gündəliyi ilə bağlı sabah keçiriləcək iclası öncəsi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Görüşdə İsrailin qanunsuz hücumlarına qarşı beynəlxalq ictimaiyyətdən gözləntilər, humanitar böhranın həlli yolları və davamlı sülh üçün səylər müzakirə edilib. Prezident Ərdoğan görüşdə İsrailin beynəlxalq ictimaiyyətin gözü qarşısında beynəlxalq hüququ, müharibə qanununu və humanitar hüququ ehtiyatsızlıqla pozmağa davam etdiyini və beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib.

İsrailin Qəzza hücumlarında həyatını itirən 100-dən çox BMT əməkdaşı üçün Quterreşə başsağlığı verən Ərdoğan, həmçinin Quterreşin Rəfah Sərhəd Qapısına şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məqama çəkməsi baxımından faydalı olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »