Yaponiya hakimiyyəti qəldiyi qənaətə görə, Ukraynada vəziyyət dəyişməsə, Rusiya 2025-ci ildə Osakada keçiriləcək “Ekspo-2025” ümumdünya sərgisində iştirak etmək şansını itirəcək.
Bu sözləri Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynada keçirilməsi "xususi hərbi əməliyyat" “Osakadakı sərginin mövzusu olan “Həyatın parladığı gələcəyin cəmiyyətinin yaradılması” ideyası ilə bir araya sığmır”. Mövcud vəziyyət dəyişməsə, Rusiyanın beynəlxalq sərgidə iştirakı gözlənilmir. Hökumət gələcək vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra müvafiq cavab verəcək”, - deyə Matsuno əlavə edib.
"Ekspo"nun Osakada keçirilməsi barədə qərar 2018-ci ildə Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasında qəbul edilib. Bu şəhərin namizədliyi orada ikinci yeri tutan Yekaterinburqdan daha çox səs toplayıb.
İlk "Expo 1851"ci ildə Londonda keçirilib. Paris ən azı altı dəfə tədbirin ev sabibi olub. "Expo" 170-dən çox ölkənin iştirak etdiyi ən böyük beynəlxalq sərgidir. Həmin ölkələr hər beş ildən bir elm, texnologiya, memarlıq və incəsənət sahələrində öz nailiyyətlərini nümayiş etdirirlər. Osaka şəhəri artıq 1970-ci ildə "Expo"ya ev sahibliyi etdi.
Qadir, Bizimyol.info