Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azerçay" türkiyəli elm adamlarının tədbirinə baş sponsor olub
"Azerçay" türkiyəli elm adamlarının tədbirinə baş sponsor olub

Hər zaman elm və təhsilə xüsusi diqqət göstərən doğma çay "Azerçay" bu dəfə türkiyəli elm adamları Celal Şengör və İlber Ortaylının "Dünyada mövcud beyin köçü" adlı elmi konfransında baş sponsor qismində çıxış edib.

26 noyabr tarixində Bakı Konqres Mərkəzində baş tutan tədbirdə ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü və ikinci türk professoru Ali Mehmet Celal Şengör və türk tarixçi, akademik və yazıçı İlber Ortaylı dünyadaki mövcud beyin köçü, münaqişə ocaqları, texnologiyanın inkişafı və bunun gələcək nəsillərə təsiri habelə bu kimi mövzularda öz fikirlərini bölüşüblər.

Tədbir zamanı, Azərbaycan çay mədəniyyətinin qorunmasını və təbliği üçün müxtəlif layihələr reallaşdıran “Azerçay” iştrakçıları doğma çaya qonaq edib. Eyni zamanda, adıçəkilən milli markamız tərəfindən sevilən türkiyəli alimlərə və tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.

"Azerçay" türkiyəli elm adamlarının tədbirinə baş sponsor olub

Qeyd edək ki, cəmiyyətə faydalılığı əsas prinsiplərindən hesab edən "Azerçay", mütəmadi olaraq, ölkəmizdə təşkil edilən elmi-maarifləndirici tədbirləri dəstəkləməyə davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »