Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ işğalından bəri Amerika və Fransanın ikili mövqeyini və qərəzli münasibətini görmüşük"
"Qarabağ işğalından bəri Amerika və Fransanın ikili mövqeyini və qərəzli münasibətini görmüşük"

“Ümumiyyətlə, Ermənistanın Qarabağla işğalçılıq siyasəti işə düşəndən bu günə qədər Amerikanın və Fransanın mövqeyində hansısa dəyişikliyi müşahidə etməmişik. Həmişə ikili mövqe, haqlının yox, haqsızın yanında durduqlarının şahidi olmuşuq”.

Bu barədə Bizimyol.info xəbər portalına Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk danışıb. Onun sözlərinə görə, Amerika, Fransanın Azərbaycana münasibətinin dəyişəcəyini gözləməyə dəyməz. Azərbaycan, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini özü icra edib.

Elnur Eltürk Elnur Eltürk

“Yəni, Azərbaycan öz işini özü gördü. Həmin qüvvələr bundan narahatdırlar. Ermənistanın Cənubi Qafqazda separatçılıq siyasəti iflasa uğradı. Prezident İlham Əliyev illər məsələnin sülh yolu ilə həll olunmasına çalışırdı. Təəssüf ki, Ermənistan buna getmədi. Nəticədə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”-deyən Elnur Eltürkün fikrincə, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları mümkün olanları etməyə çalışıblar.

Ekspert qeyd edib ki, Azərbaycanın diaspor fəaliyyətinin tarixi də o qədər uzaq deyil. Haradasa, 90-ci illərdən sonra aktivlik artmağa başlayıb.

“Bunu nəzərə almaq lazımdır. Ancaq ermənilər 150 ildən çoxdur ki, xaricdə təşkilatlanmağı bacarıblar. Təsir imkanları genişdir. Mətbuatda, siyasi dairələrdə güclü mövqelərə malikdirlər. Həm də erməni lobbisi xarici qüvvələrin əlində alət vasitəsi olub. Tarix boyu Osmanlıya, daha sonra Türkiyəyə qarşı istifadə olunub.

Xaricdə yaşayan soydaşlarımız erməni yalanlarına qarşı mübarizələrini ciddi şəkildə aparmalıdırlar. Onlar istər xarici mətbuatda, istərsə də siyasi dairələrdə imkan verməməlidirlər ki, Azərbaycan əleyhinə yönəlmiş siyasət daha da genişləsin. Çünki erməni lobbisi erməni separatçılığının əsas ilham verən qüvvəsini təşkil edir. Bunun üçün Azərbaycan diasporunun güclü olması mütləq vacibdir. Sistemli fəaliyyət mexanizmi hakim olmalıdır. Xaricdə güclü Azərbaycan diasporunun formalaşması üçün zaman lazımdır. Çünki diaspor prosesi öz-özünə yaranmalı və inkişaf mərhələsi keçməlidir. Azərbaycan diasporunun tarixi çox uzaq olmadığı üçün bu barədə geniş danışa bilmirik. Zamanla Azərbaycan diasporunun güclənəcəyi şübhəsizdir. Yeni nəsil gəlir. Onlar xaricdə doğulub, orda təhsil alıblar. Onların yaşadıqları ölkənin siyasi-ictimai aləminə inteqrasiya edəcəkləri potensialı böyükdür”-deyə Elnur Eltürk vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »