Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: İsrail HƏMAS-ı məhv etməklə təhlükəsizliyi təmin edə bilməz
Kreml: İsrail HƏMAS-ı məhv etməklə təhlükəsizliyi təmin edə bilməz

Paytaxt Moskvada keçirilən 9-cu Beynəlxalq Forumunda iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Qəzza zolağında “faciəli” hadisələrin yaşandığını bildirən Uşakov: “Həmas məhv edilsə və Qəzza zolağı qan içində boğulsa belə, İsrailin təhlükəsizliyi təmin edilə bilməz. Bir müddət sonra nifrət və terror yenidən başlaya bilər. Buna diqqətdən qaçırılmamalıdır”, - deyib.

Uşakov bildirib ki, bölgədəki problem böyümək və yayılmaq gücünə malikdir. ABŞ-ın Fələstin məsələsi ilə bağlı siyasətini dəyərləndirən: “ABŞ-ın dağıdıcı siyasəti və amerikalıların Fələstin düyününü təkbaşına həll etmək cəhdi regionu yenidən alovlandırdı. Fələstin-İsrail məsələsində qanlı ssenari proqnozlaşdırılan idi. ABŞ-ın bir tərəfi dəstəkləmək və məsələni təkbaşına həll etmək siyasəti ağır böhrana səbəb oldu. Bu faciəvi hadisələr və fəlakətli humanitar vəziyyət ABŞ və Qərbin mənəvi nüfuzunu itirməsinə səbəb olur”, - deyə bildirib.

Uşakov xatırladıb ki, hələ 2009-cu ildə 1998-ci ilin sentyabrından 1999-cu ilin mayınadək Rusiya Federasiyasının Baş naziri olmuş, ondan əvvəl isə Xarici İşlər Naziri olmuş Yevgeni Primakov dünyanın ən nüfuzlu şərqşünaslarından biri kimi Fələstin İsrail problemi haqqında məqalə dərc edib.

“Fələstin problemi qlobal miqyasda yayılma qabiliyyətinə görə analoqu yoxdur”, - deyə Uşakov məqalənin tezislərindən birini səsləndirib.

“İsrailin hərbi tədbirləri terror təşkilatlarının fəaliyyət sahəsini nəinki daraltmır, əksinə, genişləndirir”, - deyə Kreml nümayəndəsi Primakovun məqaləsindən sitat gətirib. Uşakov hesab edir ki, “bu, Qəzza zolağında indiki faciə üçün tamamilə uyğundur”.

"Primakov qeyd edib ki, dinc mövcud dövlətlərin - yəhudi və fələstinli dövlətlərin yaradılması yolu ilə Fələstin istiqamətində nizamlanmaya nail olmaq cəhdlərinə qarışmaq üçün zəmanət verilən iki variant var. Birinci variant kimi o, xarici qüvvələrin iştirakı olmadan münaqişə tərəflərinə özləri razılığa gəlmək imkanı verilməsini. İkincisi, ABŞ-ın vasitəçilik missiyasının inhisarına alınmasıdır. Bu günkü hadisələr Primakovun proqnozlaşdırdığı kimi baş verir” - deyə Uşakov qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb. İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən Qəzzada 70, Livan sərhədində isə 6 İsrail əsgəri həlak olub.

Razılaşma çərçivəsində Qəzza zolağından 40 israilli qadın və uşaq, İsrail həbsxanalarından isə 117 fələstinli qadın və uşaq azad edilib.

Qəzza hökumətinin məlumatına görə, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 nəfər həlak olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »