Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell Qəzzada döyüşlərdə fasilənin uzadılmasına çağırıb
Borrell Qəzzada döyüşlərdə fasilənin uzadılmasına çağırıb

Münaqişənin siyasi həllinə nail olmaq üçün Qəzza zolağında döyüşlərdə humanitar fasilə uzadılmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Barselonada Avropa İttifaqının (Aİ) Aralıq dənizi İttifaqı proqramının forumunda Aİ diplomatik xidmətinin rəhbəri Xosep Borrell deyib.

“Münaqişənin siyasi həllinə imkan vermək üçün hərbi əməliyyatlardakı fasilə uzadılmalıdır. İki dövlət prinsipinə əsaslanan həll yolu ilə bağlı razılaşmalara başlamaq lazımdır. Fələstin dövləti yaradılmadan İsraildə sülh və təhlükəsizlik olmayacaq”, - deyə Borrell qeyd edib.

O, İsrail və HƏMAS-ın təkbaşına sülh barədə razılığa gələ bilməyəcəklərini vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »