Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank müştərilərinin xidmətlərinə görə ən çox şikayət etdiyi banklar: VTB, BTB, Bank of Baku, Accessbank...
Bank müştərilərinin xidmətlərinə görə ən çox şikayət etdiyi banklar: VTB, BTB, Bank of Baku, Accessbank...

Xidmətlərin göstərilməsi sahəsində, xüsusi ilə də maliyyə sektoru ilə bağlı istehlakçılar tərəfindən bankların özlərinə və ya Mərkəzi Banka təklif, ərizə və şikayətlərin təqdim olunması normal təcrübədir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınmışdır.

2023-cü ilin oktyabr ayına bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və onun hesablama metodologiyası ilə bağlı məlumat növbəti keçiddən əldə edilə bilər:

Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi

Qeyd edək ki, bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.

Mərkəzi Bank öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür.

Son xəbərlər
Bütün xəbərlər »