Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada həyəcan siqnalı: 40 min ev quşu məhv ediləcək!
Yaponiyada həyəcan siqnalı: 40 min ev quşu məhv ediləcək!

Yaponiyada quş qripinin geniş yayılması yoluxucu "H5" mutasiyası aşkar edildikdən sonra ehtiyat tədbiri olaraq 40 min ev quşunun məhv ediləcəyi açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın Saqa əyalətinin Kaşima şəhərindəki fermada çoxlu sayda ev quşunun ölü tapılmasından sonra aparılan sınaqlarda quş qripinin yüksək sürətlə yoluxuculuq xassəli "H5" mutasiyası aşkar edilib.

Əyalət hökuməti tədbir olaraq 40 min ev quşunun məhv ediləcəyini açıqlasa da, epidemiyanın baş verdiyi fermanın ətrafı məhdud hərəkət sahəsi elan edilib.

Ötən il oktyabrın 28-də quş qripinə ilk yoluxma faktının təsdiqləndiyi Yaponiyada epidemiya ölkənin 26 əyalətinə yayılıb. Rekord sayda 17 milyon quşun kəsilməsi səbəbindən yumurta tədarükü yavaşlayıb və yumurtanın qiyməti artıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »