Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİQQƏT! Mobil telefonlarlar qadınlar üçün xüsusilə ziyanlıdır
Rusiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, mobil telefonlar hüceyrələrin quruluşunu dəyişir.

RİA Tomsk xəbər verir ki, eksperimentdə 100 insan iştirak edib. Alimlər sübut ediblər ki, elektromaqnit dalğalarının uzun müddət ərzində təsiri yanağın daxili səthində olan hüceyrələrin quruluşunu pozur. Belə ki, hüceyrələrin nüvələri dağılır və hüceyrələrin bölünməsi zamanı xromosom anomaliyaları əmələ gəlir. Bu yalnız telefonla daim təmasda olan yanaqda müşahidə olunub. Digər tərəfdə dəyişikliklər yox idi.

Hüceyrələrin vəziyyəti eksperimentin əvvəlində və 1 ay sonra qiymətləndirilirdi.

Alimlər aşkar edib ki, mobil telefonların mənfi təsiri xüsusilə qadınlarda və monqoloid irqinə aid olan insanlarda daha çox olub.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı da mobil telefonları potensial konserogenlərə (xərçəng xəstəliyinin inkişafının riskini artıran amillər) aid edir.(Saglamolun.Az)

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »