Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti sərnişin-sürücü qalmaqalı - Video
Bakubus avtobusunun sürücüsü ilə sərnişinlər arasında münaqişə yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə yayıb. Həmin anın videogörüntüsünü paylaşan mətbuat katibi bildirib ki, hadisə fevralın 8-də 5 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobus Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib:

“Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişin avtobusun onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.

Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər”.

Son xəbərlər
Bütün xəbərlər »