Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir namizədin adı açıqlandı
Aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək növbəti namizədin adı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxs Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Bu barədə qərar partiyanın bu gün keçirilən iclasında verilib. Artıq Q. Hüseynquliyevin sənədləri MSK-ya təqdim olunub.

Xatırladaq ki, bu günə kimi 11 namizəd seçkidə iştirakını irəli sürüb.

Son xəbərlər
Bütün xəbərlər »