Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Qərbdən sülh gözləməyə davam etsə, Gürcüstanın və ya Ukraynanın aqibətini yaşayacaq"
"Ermənistan Qərbdən sülh gözləməyə davam etsə, Gürcüstanın və ya Ukraynanın aqibətini yaşayacaq"

Ötən gün prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistana sülh deyəndə regiondan kənara baxır. Əslində isə, Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən 3 il keçsə də, müxtəlif formatlı görüşlər keçirilsədə, Ermənistanla Azərbaycan arasında sülh, məhz üçüncü ölkələrin səyi nəticəsində bağlanmayıb. Hikmət Hacıyevin də vurğuladığı kimi sülh müqaviləsi ilə bağlı danışıqlarda Ermənistandan Qərbə əyilib, gah Fransadan, gah Avropa Şurasından kömək dilənməyə çalışıb. Çünki bilir ki, məhz 30 il boyunca Azərbaycana qarşı törədilən cinayətlərə, işğala məhz Qərbin sayəsində dünyanı susdura bilib. İndi də düşünür ki, məğlubiyyətin içində heç olmasa diplomatik masada az da olsa üstünlük əldə etsin. Qeyd etmək lazımdır ki, müharibələrin bir qanunu var: Qalib kimdirsə, şərtləri o idarə edir. Ermənistan "dərd"inə əlacı Fransada, Amerikada deyil, regionda axtarmalı, məhz region ölkələri ilə razılaşmaya gəlməli və Azərbaycanın şərtlərinə birmənalı şəkildə "boyun əyməlidir".

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan region ölkələri ilə dil tapmağı bacarmalıdır. Eyni səhvi ötən əsrin 90-cı illərində Azərbaycanın da etdiyini dilə gətirən politoloq vurğulayıb ki, Azərbaycan da bir zamanlar nicatı Amerikada, Avropada axtarırdı. Sonda Amerika Azərbaycana qarşı 907-ci maddəni qəbul etdi.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Ermənistan da eyni səhvləri edir. Düzdür bizim 90-cı illərdə etdiyimiz səhvlərimiz Ermənistanın maraqlarına cavab verir. Ermənistan bundan maksimum yaralanıb. İndi də Ermənistanın səhvləri bizim maraqlarımıza cavab verir. Biz də çalışmalıyıq ki, bundan maksimum yararlanaq”-deyə Əhəd Məmmədli qeyd edib.

Politoloq vurğulayıb ki, Ermənistan sülhü burada, regionda axtarmalı və Azərbaycanla dil tapmalıdır. Yoxsa, Brüsselin və ya Vaşinqtonun dəstəyini almaqla, vədlərinə bel bağlamaqla heç bir sülh əldə edə bilməyəcək və zərər görməkdə davam edəcək.

Politoloqun fikrincə, postsovet məkanında Amerikanın dəstəklədiyi ölkələrin heç bir yaxşı vəziyyətdə deyil.

“Gürcüstanı götürək. Buş gəlib Tiflisdə “ləzginka” oynadı. Sonra rus tankları Tiflisin 20 km-ə qədər gəlib çatdı. Bunun nəticəsində Gürcüstan Abxaziya ilə Osetiyanı faktiki olaraq itirdi. Daha sonra Ukraynada da eyni vəziyyət oldu. 9 il ərzində “Narıncı inqilablar” həyata keçirildi. Və sonda Ukrayna ərazisinin 25 faizini itirdi. Bir müddət əvvəl Zelenskinin Pentaqon nümayəndəsi ilə bir fotosu yayımlanıb. Zelenskidə bir "yalvarış" sifəti var. Sanki ondan imdad diləyir ki, bizə kömək edin. Foto həmin vəziyyəti hiss etdirir. Həmin fotoya baxıb, Ukraynanın düşdüyü vəziyyəti görəcəksiniz. Paşinyan da iqtidara gələn kimi Qərbə boylanmağa başladı. Və Azərbaycan Ermənistanın işğal etdiyi bütün əraziləri ondan geri aldı. Yəni Ermənistan bütün baş verənlərdən dərs çıxarmalıdır. Düzdür, dərs çıxarmaması, bizim maraqlarımıza cavab verir. Amma özü üçün də dərs çıxarıb, Bakı ilə anlaşmağa çalışmalıdır”-deyə politoloq vurğulayıb.

P.S. Azərbaycan bu müharibədə minlərlə hərbçisini itirib. Sözün əsl mənasında, ordusunun 3\1-i qazi və şəhid olub. Bu səbəbdən də, beynəlxalq prinsiplər çərçivəsində və müharibə qanunlarına uyğun olaraq, sülh bağlanmalıdır. Yəni Ermənistan nə addım atırsa atsın, sonda gəlib görüşəcəkləri yer Yevlaxdan o tərəfə keçə bilməyəcək…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »