"Kiyev hakimiyyəti dəfələrlə Rusiya prezidenti Vladimir Putinin həyatına şifahi sui-qəsd cəhdi etsə də, reallıqda buna nail ola bilməyib".
Buizimyol.info xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.
Belə ki, o, "VGTRK"nın jurnalisti Pavel Zarubinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Putinə qarşı təhdidlərlə bağlı bəyanatlarını şərh edib: “Xatırlayırsınızsa, müxtəlif səviyyələrdə dəfələrlə Ukraynadan Putinin həyatına şifahi sui-qəsd cəhdlər olub. Biz bunu yaxşı bilirik. Onlar uğur qazana bilməyəcəklər”, - deyə Peskov vurğulayıb. “Bizim “Xüsusi hərbi əməliyyat”ın bütün məqsəd və vəzifələrinin həyata keçiriləcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə o əlavə edib.
Söhbət Ukrayna prezidentinin “The Sun”a müsahibəsində verdiyi açıqlamalardan gedir. Jurnalistin Kiyev özünü belə aparmağa davam etsə, Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına cavab olaraq Zelenski: “Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info