Ukrayna prezidenti Vladimir Zelenski generallara xəbərdarlıq edib ki, siyasətə müdaxilə milli birliyə təhlükə yaradır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Britaniyanın “The Sun” nəşrinə müsahibəsində bildirib.
Qeyd olunur ki, xəbərdarlıqdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı ilə mübahisə yaranıb, həmçinin, o, Rusiya ilə müharibənin dalana dirəndiyini və irəliləyişin mümkünsüz olduğunu bəyan edib.
Zelenski Zalujnı açıqlamalarına görə qınayıb və siyasətə girən generalların səhv etdiyini qeyd edib. O, həmçinin xəbərdarlıq edib ki, yüksək rütbəli hərbi rəhbərlər siyasətə qarışsalar, əsgərlərinin itaətsizliyi riski ilə üzləşirlər.
“Müxtəlif siyasi qüvvələr ordunu siyasətə sövq edir. Bu, 2014-cü ildən sonra idi, hər bir siyasi partiya öünün müəyyən növ ordusunu yaradır, müharibə ulduzları olmaq istəyirdi və məncə, bu, çox böyük səhv idi. Onları siyasətə sövq etdilər, bundan sonra reputasiyaya görə hamısını məhv etdilər”, - deyə dövlət başçısı qeyd edib.
Zelenski: “Əgər sabah siyasətə və ya seçkilərə qarışacağını nəzərə alaraq müharibəni idarə edirsənsə, deməli, danışıqlarında və cəbhə xəttində özünü hərbçi kimi deyil, siyasətçi kimi aparırsan, mən inanıram ki, bu, böyük səhvdir”, - deyə qeyd edib.
"General Zalujnıya və döyüş meydanında olan bütün komandirlərə hörmətlə, iyerarxiya haqqında mütləq bir anlayış var, hamısı, iki, üç, dörd, beş ola bilməz. Qanuna görə və müharibə şəraitində bu, hətta müzakirə edilə bilməz. Bu, milli birliyə gətirib çıxarmaz”, - deyə dövlət başçısı bildirib.
Noyabrın əvvəlində "The Washington Post" yazırdı ki, aylarla davam edən ağır əks-hücumdan sonra Ukraynanın ali komandirləri arasında gərginlik qəfildən ictimai sferaya sıçrayıb və sarsılmaz birlikdə çatlar yaranıb.
Jurnalistlər Zelenskinin Zalujnının cəbhə xəttindəki vəziyyətlə bağlı məqaləsinin dərcindən sonra ortaya çıxan döyüş meydanında “dalan” olmadığı barədə sözlərini xatırladıblar. Eyni zamanda, prezidentin köməkçilərindən biri deyib ki, Zalujnının mediaya verdiyi şərhlər Rusiyanın işini asanlaşdırır.
Daha sonra prezident aparatı Zalujnı ilə Zelenski arasındakı fikir ayrılıqlarını təkzib etdi. Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, prezident son dərəcə vacib açıqlama verib.
O vurğulayıb ki, Zelenski Zalujnı ilə demək olar ki, hər gün əlaqə saxlayır. Onun sözlərinə görə, son aylarda onların ünsiyyətində heç bir dəyişiklik olmayıb. Prezident və ordu komandiri ölkənin hərbi strategiyasına düzəliş etməyi müzakirə etməyə davam edir.
Qadir, Bizimyol.info