Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa İttifaqının müxtəlif rəsmi şəxsləri Şarl Mişeldən fərqli açıqlamalar və mövqelər nümayiş etdirirlər"
"Avropa İttifaqının müxtəlif rəsmi şəxsləri Şarl Mişeldən fərqli açıqlamalar və mövqelər nümayiş etdirirlər"

“Biz 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq”. Armenpress yazır ki, bunu AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yeri mətbuata müsahibəsində söyləyib. O, qeyd edib ki, ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Klaar hesab edir ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Klar vurğulayıb ki, Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb yoxdur.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının bütövlükdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına baxışları kifayət qədər ziddiyətlidir. Bir müddət əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi altında çox uğurlu əməkdaşlıq formatı vardı. Azərbaycan bu formatda danışıqları və görüşləri yüksək qiymətləndirirdi. Digər tərəfdən isə görürük ki, artıq sistematik şəkildə bu məsələdə çox böyük problemlər var. Avropa İttifaqının müxtəlif rəsmi şəxsləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldən fərqli açıqlamalar və mövqelər nümayiş etdirirlər.

Tural İsmayılov Tural İsmayılov

Tural İsmayılovun fikrincə, Ermənistan ərazisində Ermənistanın nəzarətində olan yollar təhlükəlidir. Çünki hələ Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayıb.

“Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ortada konkret bir iş yoxdur. Bütün bunlar olacağı təqdirdə, bu gün birbaşa Ermənistan ərazisindən Naxçıvana quru yolunun keçməsi Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün də o qədər məqbul bir variant hesab edilə bilməz. Eyni zamanda xəttlərin Ermənistan ərazisindən keçməsi və yaxud da keçməməsi üçün mütləq delimitasiya işləri həyata keçirilməlidir”-deyən politoloq bildirib ki, Ermənistanın delimitasiya məsələsindən yayınmağına Qərb bir söz demir. Bütün baş verən proseslər regionda sülhün yaranması və nəticədə kommunikasiya layihələrinin reallaşması imkanlarını sabotaj edir.

Tural İsmayılovun fikrincə, bu səbəbdən də, Qərb daha praktiki addımlar atmalı, əvvəlcə delimitasiya komissiyalarının işinin fəallaşmasına kömək göstərməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »