Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən varlı 77 milyon insan Yer kürəsinə ən kasıb 5 milyard insandan daha çox ziyan vurur
Ən varlı 77 milyon insan Yer kürəsinə ən kasıb 5 milyard insandan daha çox ziyan vurur

İqlim dəyişikliyinə qarşı mübarizə davam edir. Bu mübarizə bəşəriyyətin ortaq mübarizəsi olsa da, hamının eyni dərəcədə məsuliyyət daşıdığını söyləmək mümkün deyil.

Bizimyol.info xəbər verir ki, "Oxfam International"ın son araşdırmasında insanlar arasında təbiyətə zərər verməkdə fəqli vəziyyətin oluğunu müəyyən edib.

Araşdırmaya görə, ən zəngin 1 faiz 5 milyarddan çox insanın ümumi karbon emissiyasını üstələyir.

Stokholm Ətraf Mühit İnstitutunun 2019-cu ildə apardığı "İqlim Bərabərliyi: 99% üçün Planet" adlı araşdırmanın təkrarı olan yeni araşdırma, ölkələr üzrə ən yüksək gəlirə malik insanların karbon emissiyalarını araşdırıb. Başqa sözlə, ABŞ-da ən zəngin 1%-ə illik gəliri 140 min dollardan yuxarı olan insanlar daxil olduğu halda, digər ölkələrdə bu hədd fərqli olub. Hesabat bu ay Dubayda keçiriləcək dünya liderlərinin "COP28" sammitindən əvvəl dərc edilib.

Araşdırmaya görə, dünyanın ən zəngin 77 milyon insanı ən yoxsul 5,11 milyard insandan daha çox karbon emissiyasına səbəb olur. Bu vəziyyətdə investisiyaların səbəb olduğu karbon izi də təsirli olur. Ancaq təkcə investisiyaları günahlandırmaq mümkün deyil. Məsələn, "Louis Vuitton"un qurucusu Bernard Arnault bütün sərmayələrini bir kənara qoysaq belə, adi bir Fransa vətəndaşından 1270 dəfə çox karbon emissiyasına səbəb olur.

Tədqiqatın müəlliflərindən olan Maks Lavsonun fikrincə, zəngin insanlar üçün karbon yayılmasını azaltmaq daha asandır. Lakin Lavsona görə, buradan çıxarılacaq əsas mesaj, təyin olunacaq siyasətlərin mütərəqqi olmasıdır. Buna vergilər və ya digər sanksiyalar vasitəsilə nail olmaq mümkün ola bilər.

Bundan əlavə, bütün zəngin insanlar eyni dərəcədə karbon emissiyalarına səbəb olmur. Milyarderlər siyahının daha aşağısında olan insanlardan daha çox emissiyaya səbəb olurlar. Bundan əlavə, dünyada karbon emissiyalarının yarısı ən zəngin 10%-in payına düşür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »