Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Sevinc Vaqifqızı saxlanılıb
Jurnalist Sevinc Vaqifqızı saxlanılıb

“Abzas Media” saytının redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata onun yaxınları məlumat verib.

Sevinc Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb. Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

"Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar. Hava limanından həmin idarəyə gəldim, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur", - deyə vəkili Elçin Sadıqov sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »