Türkiyə Prezident Administrasiyasının İnformasiya Əlaqələri İdarəsindən verilən açıqlamaya görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə Əlcəzairə gedəcək.
Bizimyol.info xəbər verir ki, veriləm məlumata görə, Şura Toplantısı paytaxt Əlcəzairdə iki prezidentin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək.
Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.
Şura Toplantısı zamanı Türkiyə-Əlcəzair əlaqələrinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.
Bizimyol.info