Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş İsraili minlərlə uşağı öldürməkdə ittiham edir
Quterreş İsraili minlərlə uşağı öldürməkdə ittiham edir

BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib ki, Qəzzada mülki vətəndaşların ölüm sayı onun vəzifəyə gəldiyi 2017-ci ildən bəri dünyada baş verən hər hansı münaqişə ilə müqayisədə “görünməmiş” qədər çoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

“Aydın olan odur ki, bir neçə həftə ərzində minlərlə uşaq öldürülüb. Baş katib olduğum vaxtdan bəri heç bir münaqişədə bu qədər görünməmiş sayda mülki vətəndaşların öldürülməsinin şahidi olmamışam”, - deyə o qeyd edib.

Quterreş müharibədən bir gün sonra BMT-nin sektoru izləməsi ehtimalını rədd edərək: “Gücləndirilmiş Fələstin Muxtariyyətinin Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməsinə imkan verəcək şərait yaratmaq üçün hamı bir araya gəlməlidir”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »