Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu "Əl-Şifa" xəstəxanasının altındakı tunelləri tədqiq edir
İsrail ordusu "Əl-Şifa" xəstəxanasının altındakı tunelləri tədqiq edir

"İsrail Müdafiə Qüvvələri (İSQ) Qəzza zolağında "Əl-Şifa" xəstəxanasının altındakı tunellərin tədqiqini davam etdirir".

Bizimyol.info xəbər verir ki, ehtiyatda olan İSQ-nin sözçüsü Conatan Konrikus bu barədə keçirdiyi növbəti brifinqdə bildirib.

“Biz burada danışdıqca əsgərlərimiz xəstəxananın ətrafında və içərisində əlavə minalar, tələlər axtarırlar. Axtarışların sonunda orada olan hər şeyi göstərəcəyik ki, dünya doğruları görsün”, - deyə o qeyd edib.

"Əl-Şifa" HƏMAS-ın həm yerin üstündə, həm də altındakı hərbi infrastrukturunun mühüm, hətta əsas hissəsidir. Uzun illər bu əraziyə nəzarət edirdilər, demək olar ki, bölgəni onlar idarə edirdilər, tibb işçilərinə buradan çıxışı qadağan ediblər", - deyə Konrikus qeyd edib. "Bunun sübutu var, o cümlədən xəstəxananın məhdud əraziləri və yeraltı kompleksi olduğunu söyləyən bir ingilis həkimin ifadəsi var", - deyə o əlavə edib.

Konrikus həmçinin qeyd edib ki, xəstəxanadan HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etməsi beynəlxalq hüququn pozulmasıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »