Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın dini lideri Xamneyidən İsrailə təhdid
İranın dini lideri Xamneyidən İsrailə təhdid

İranın dini lideri Ayətullah Xamenei müsəlman ölkələrinə çağırış edib.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, Xamenei İsrailə reaksiya verərək: "Müsəlman ölkələri sionist rejimin can damarını kəsməlidir",- deyib və o, müsəlman ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb.

"Xəstəxanaya və ya silahsız insanların evlərinə doğru irəliləmək, onların mülkünü ələ keçirmək qələbə deyil. Qələbə, onlara hücum edən düşmən ordusunu məğlub edə bildikləri zamandır. Onlar bacarmadı. Onlar bunu edə bilmədilər və inşallah etməyəcəklər", - deyə dini lider qeyd edib.

Həmas və Hizbullahı dəstəkləyən İran İsrailə qarşı reaksiyalarını davam etdirir. Dini lider Ayətullah Xamenei bir daha müsəlman ölkələrini hərəkətə keçməyə çağırıb. "Şifa" xəstəxanasında baş verənlərə diqqət çəkən Xamenei, "İsrail mülki insanları hədəf alır", - deyib.

Xamenei bəyan edib ki, müsəlman ölkələri 1 il ərzində İsraillə münasibətlərini məhdudlaşdırmalıdır:

“Müsəlman ölkələri sionist rejimin həyat xəttini kəsməlidir. Onlar neft, enerji, mal və bu kimi şeylərin sionist rejimə çatmasının qarşısını almalıdırlar. İsraillə siyasi əlaqələri ən azı məhdud müddətə, deyək ki, bir il, təxminən bir il müddətinə kəsməlidirlər”, - deyə İranın ali dini lideri qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »