Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danilov: Seçkidən sonra Putin kütləvi səfərbərliyə başlayacaq - 4 ay vaxtımız var
Danilov: Seçkidən sonra Putin kütləvi səfərbərliyə başlayacaq - 4 ay vaxtımız var

"Martda keçiriləcək “prezident seçkilərindən” sonra Rusiyadakı avtoritar rejim nəhayət ki, “möhkəmlənəcək” və Kreml Rusiyanın daxilində ictimai rəyi nəzərə almadan öz hərbi potensialını tam gücü ilə artırmağı işə salacaq. Ukraynanın və dünyanın buna hazırlaşması üçün dörd aydan artıq vaxtı yoxdur".

Bizimyol.info xəbər verir ki, bunu Kanadada keçirilən beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov deyib.

“Rusiyanın strateji məqsədləri Ukraynanın strateji hədəfləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu, Ukrayna dövlətinin dağıdılması və ukraynalı etnik qrupun “rus dünyası” çərçivəsində mənimsənilməsidir. Kreml bu məqsədindən əl çəkməyəcək və Kreml uzunmüddətli müharibəyə hazırlaşır”, - deyə  o qeyd edib.

Danilovun sözlərinə görə, Rusiya müharibəyə və Qərbin sanksiyalarına uyğunlaşa bildi və indi öz hərbi sənaye kompleksinə aktiv şəkildə vəsait tökür. MTMŞ katibi vurğulayıb ki, Rusiya Qərbin sanksiyalarına gözlənildiyindən daha davamlı olduğunu sübut edib və iqtisadiyyatı tədricən müharibə şəraitinə uyğunlaşdırıb.

“2024-cü il martın 17-də Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri Kreml üçün əlamətdar tarixdir. Putinin növbəti taxta çıxmasından sonra rejim möhkəmlənəcək, mahiyyət etibarı ilə onun əl-qolu açılacaq. 2024-cü il prezident seçkilərindən sonra total səfərbərlik ediləcəyi gözlənilir. Ona görə də Ukraynanın və dünya ictimaiyyətinin buna uyğun hazırlaşmağa 3-4 ay vaxtı var”, - Danilov qeyd edib.

O vurğulayıb ki, Rusiyanın gələcəyi "dumanlıdır", lakin indiki "imperiya şəklində" o, qonşuları, Avropa və bütövlükdə dünya nizamı üçün təhlükə yaradır.

"Biz hesab edirik ki, təkrar təcavüzün qarşısını almağın ən təsirli yolu Rusiyanın nəzarət altında bir neçə hissəyə parçalanmasıdır. Axı Rusiyanın dağılması avtomatik olaraq Putin rejiminin demontajına, Rusiya Federasiyasının suverenləşdirilməsinə, eləcə də onun nüvəsizləşdirilməsi və demilitarizasiyası olar”, - Danilov deyib.

Ukrayna mətbuatı yazır ki, mart ayında Putin özünü yenidən Rusiyaya “prezident” təyin etməyi planlaşdırır. Bunun üçün hazırlıqlar əslində bu ilin əvvəlindən başlayıb. Sonra məlum oldu ki, Kreml Putinə ən azı 77 faiz səs vermək istəyir.

Bu yolda əsas problemlərdən biri rusların Ukraynaya qarşı sonsuz müharibədən narazılığı ola bilər. Regional hakimiyyət nəyin bahasına olursa-olsun, müharibədən qayıtmaq istəyən səfərbər əsgərlərin arvadlarının mitinqlərinə icazə verməmək barədə göstərişlər alıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »