Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İcbari tibbi sığorta nəticəsində bir sıra elitar və qabaqcıl xəstəxanaların qapısı bütün təbəqə üçün açıqdır"
"İcbari tibbi sığorta nəticəsində bir sıra elitar və qabaqcıl xəstəxanaların qapısı bütün təbəqə üçün açıqdır"

“Cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində ölkə səhiyyəsində islahatlar aparılır və böyük dəyişikliklər görülür. Təbii ki, bu da qarşımıza səhiyyənin idarə olunması ilə bağlı təxirəsalınmaz məsələlər qoyur”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım 16 noyabr tarixində keçirilən “Səhiyyə Menecmenti Zirvəsi” tədbirində açılış nitqi zamanı bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta nəticəsində bir sıra elitar və qabaqcıl xəstəxanaların qapısı sadəcə bir qrup insan üçün deyil, bütün təbəqənin üzünə açılıb.

“Hamıya bəllidir ki, özəl klinikaların sayı artıb və bununla yanaşı, həm də keyfiyyəti artmaqdadır”,-deyə Şahlar Mirqasım qeyd edib. Bundan əlavə, rəis müavini xəstəxanalarda dərman təminatından söhbət açıb. Bildirib ki, bir çox əlçatmaz sayılan dərmanların təminatı artmaqdadır.

"Xüsusilə diqqət yetirək ki, Azərbaycanda dövlət qeydiyyatına alınmamış yaşlılar və uşaqlar arasında piylənmə, diabet və s. bu kimi xəstəliklərin sayı artmaqdadır"- deyə Şahlar Mirqasım bildirib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Səhiyyə Menecmenti Zirvəsi” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »