Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Qərb ölkələri vicdansızlıq nümayiş etdirir"
Ərdoğan: "Qərb ölkələri vicdansızlıq nümayiş etdirir"

Qəzzada baş verənlər min il əvvəl səlibçilərin işğalı zamanı və İkinci Dünya Müharibəsində yaşananlar qədər vəhşilikdir.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyə Qəzzada axan qanı dayandırmaq üçün səfərbər olduğu halda, Qərb ölkələri vicdansızlıq nümayiş etdirir.

Ərdoğan, həmçinin onu da əlavə edib ki, Türkiyə indiyədək Qəzzaya 800 tona qədər yardım göndərib: “Türküstandan Əfqanıstana, Balkanlardan Afrikaya kimi harda göz yaşı tökən varsa, Türkiyənin şəfqət əli oradadır”.

Son xəbərlər
Bütün xəbərlər »