Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Altun: Uşaqlarımız üçün təkrar edirik: “Daha Ədalətli Dünya Mümkündür”
Fahrettin Altun: Uşaqlarımız üçün təkrar edirik: “Daha Ədalətli Dünya Mümkündür”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun 20 Noyabr Dünya Uşaq Hüquqları Günü ilə bağlı paylaşımında fələstinli uşaqlara diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, Altun "X" sosial media hesabındakı paylaşımında "TRT Haber"in paylaşımına istinadən bunları deyib: "Bu gün 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür... Sülh, əmin-amanlıq və təhlükəsizlik içində yaşamalı olan uşaqlar bu gün Qəzzada silahların, bombaların və ölümlərin şahidi olurlar.Bu, uşaqların layiq olduğu dünya deyil".

"Oktyabrın 7-dən İsrailin hücumları nəticəsində itirdiyimiz 5500 günahsız uşaq və körpənin ağrısı ürəyimizi parçalayır. Qəzzada davam edən zülm uşaq haqları bir yana, yaşamaq haqqını belə görməməzliyə vurulur və dünya ölkələri bu zülm, vəhşiliyə səssiz qalır. Bu, uşaqların layiq olduğu dünya deyil. Cənab Rəcəb Tayyib Ərdoğanın bu dəfə uşaqlarımıza çağırışını təkrarlayırıq: "Daha ədalətli bir dünya mümkündür"",- deyə o qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »