Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ diplomatları seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün Azərbaycana "əks" mövqe göstərir"
"ABŞ diplomatları seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün Azərbaycana "əks" mövqe göstərir"

ABŞ Azərbaycana yardımlarını dayandırmağa qərar verir. ABŞ-ın bəzi rəsmi nümayəndələri hesab edir ki, 907-ci düzəliş edilməlidir. Hər il ABŞ Prezidentləri Azərbaycana müəyyən yardım ediblər. İndi bu yardımlar dayandırılmalıdır. Səbəbi də Ermənistandır. Maraqlısı budur ki, 30 il Azərbaycan torpaqları erməni işğalı altında olduğu zaman ABŞ rəsmiləri Azərbaycanın bu vəziyyəti ilə bağlı addım atmırdı. İndi görünən odur ki, “kor gözlərə işıq gəlib”. Bəs nəyin hesabına? Bu, həqiqtən çox maraqlıdır…

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın son zamanlar atdığı addımlar Azərbaycan tərəfindən bir qədər çaşqınlıqla qarşılanır.

Samir Hümbətov Samir Hümbətov

“Düzü biz gözləməzdik ki, bu dərəcədə ABŞ höküməti simasını dəyişər və tərəf saxlamağa başlayar. Əslində, Qarabağ məsələsi yekunlaşıb və Azərbaycan Ermənistan sülhün əldə olunması üçün danışıqlar prosesi aparılır. Qarabağ münaqişəsi olduğu dövrdə biz ümid edirdik ki, ABŞ burada məhsuldar fəaliyyət göstərir. Son dövrlər ABŞ-dan olan rəsmilərin açıqlamaları bizə həm də onu deməyə əsas verir ki, deməli heç də bu məsələdə Fransa tək deyilmiş. ATƏT-in “Minsk” qrupunun Azərbaycana qarşı münasibəti heç də yaxşı deyilmiş. Sadəcə olaraq, həmin dövrlərdə Azərbaycanın əraziləri işğal altında olduğu üçün bu münasibətlərini "maska"laya biliblər. İndi ortaya çıxır ki, onlar hansı simanın sahibidirlər”-deyə S. Hümbətov qeyd edib. O, bildirib ki, 907-ci maddə Birinci Qarabağ savaşı dövründə Azərbaycana qarşı yardımın edilməsini əngəlləyən bir lahiyədir. Hər il ABŞ prezidentləri rəsmiləri bunu dondururdular. Azərbaycana müəyyən qədər yardım edirdilər.

“Azərbaycanın onların yardımına ehtiyacları yoxdur. Kifayət qədər özünün maliyyə resusları var. Azərbaycan bu resursları ilə öz işlərini həyata keçirə bilir”-deyən politoloq hesab edir ki, Qərb Azərbaycanın qələbəsini həzm edə bilmir. Buna sübut isə, ABŞ rəsmilərinin Azərbaycanla bağlı bir tərəfdən görüşə çağırıb dialoq mühitini qurmaq istəməsi, digər tərəfdən Azərbaycan qarşı əks mövqedə dayanmasıdır. Xüsusən də, ABŞ konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsinin keçirilən dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələlərində köməkçisi Ceyms O`Brayenin söylədiyi fikirlər əslində erməni lobisinin "çaldığı ilə oynamaq"dır. Eyni zamanda Ermənistanı açıq şəkildə silahlandırmaqla yanaşı, həm də yeni müharibəyə təhrik etməkdir. Bu da açıq şəkildə görünür.

“Burada məqsəd 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin qələbəsinə erməni lobbisinin dəstəyini almaqdan ibarətdir. Təsadüfi deyil ki, Co Bayden “erməni soyqrımı” ifadəsini işlətdi. Artıq iki dəfə bu ifadəni istifadə edib”-deyə politoloq bildrib.

Samir Hümbətov hesab edir ki, bu davranışlar ABŞ-a yaxın Şərq və Qafqazda iki önəmli müttəfiqini itirməsinə səbəb ola bilər. Bu müttəfiqlər Türkiyə və Azərbaycandır. Bu isə ABŞ üçün yaxşı heç nə vəd etmir.

“ABŞ nümayəndələri bu məsələni yenidən gözdən keçirməlidirlər. Əks təqdirdə, böyük uğursuzluqla qarşılaşa bilərlər”-deyə politoloq fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »