"AbzasMedia" saytının direktoru Ülvi Həsənli saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə saytın baş redaktoru Sevinc Vaqifqızı öz feysbuk hesabında məlumat paylaşıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ülvi Həsənlini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Müstəntiq Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova ilə əlaqə yaradaraq Baş İdaəyə dəvət edib.
Saxlanmanın səbəbləri haqda məlumat yoxdur.
İlahin, Bizimyol.info