İran İnqilab Keşikçiləri Korpusunun keçmiş rəhbəri xəbərdarlıq edib ki, İsrail Qəzzaya hücumunu davam etdirərsə, “yeni müharibə cəbhələri” açıla bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Hazırda İqtisadi Koordinasiya üzrə Ali Şuranın rəhbəri Möhsün Rezai Hizbullaha bağlı "Əl Mayadeen TV"yə müsahibəsində deyib.
“Müqavimət oxu gələcəkdə daha mühüm rol oynayacaq və sionist rejim bu müharibədə mütləq uduzacaq”, -deyə o qeyd edib.
Möhsün Rezai: “Müharibə baş nazir Benyamin Netanyahunun süqutuna gətirib çıxaracaq və yaxın illərdə biz sionist rejimin süqutunun şahidi olacağıq”, - deyə bildirib.
Rezai əlavə edib ki, İsrail Qəzzaya nə qədər dərinə getməyə davam etsə, bir o qədər də bataqlığın çıxılmazına düşəcək və orada boğulacaq.
İsrailin "Maariv" qəzetinin məlumatına görə, İraq müharibədə yeni bir arena üçün bir seçim ola bilər.
Və bu, İran bazalarının yerləşdiyi Suriyada qüvvələrin Livana köçürülməsinə baxmayaraq, İmam Hüseyn diviziyasının İsrailə qarşı hücumunu həyata keçirə bilər.
Qadir, Bizimyol.info