Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qida Təhlükəsizliyi Agentliyin səlahiyyətləri artırılır
“Dövlət Sanitariya Epidemioloji Xidmətinin Azərbaycan ərazisində sağlamlıq üçün təhlükəli yeyinti məhsullarının sanitariya mühafizəsi vəzifəsi də ləğv edilir və bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti qida zəncirinin bütün mərhələlərində artıq yeyinti məhsullarını əhatə etməyəcək”.

Bu barədə bizimyol.info-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Eldar bildirilib ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanun layihələrində edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı aparılıb.

Millət vəkilləri Eldar Quliyev, Cavanşir Paşazadə, Tahir Süleymanov, Novruz Aslan, Hüseynbala Mirələmov, Elçin Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov qanun layihələrində edilən dəyişikliklərin zəruri olduğunu, sənədlərin əhatə etdiyi dairələrdə xidmətlərin insan həyatı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildiriblər.

Kommunikasiya və informasiya texnologiyaları şöbəsi bildirir ki, Qanunda təklif olunan dəyişikliklər qəbul olunRamid İbrahimovduqdan sonra heyvan və bitki sağlamlığı xidmətlərini Kənd Təsərrüfatı Nazirliyinin, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində nəzarət və tənzimləmə funksiyalarını isə Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirməsi nəzərdə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »