Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Laçın bizim köçdüyümüz vaxtla müqayisədə indi daha da gözəlləşib" - Laçından xüsusi video reportaj
"Laçın bizim köçdüyümüz vaxtla müqayisədə indi daha da gözəlləşib" - Laçından xüsusi video reportaj

"Caynaq"larını Həkəriçayın yuduğu qartallar oylağı Laçında böyük qayıdışın həyəcanı hər atılan addımda hiss olunur. Burada böyük işçi qüvvəsi var gücü ilə çalışır, Laçını dirçəldir. Bir çox Laçın sakini də bu quruculuq işlərinə cəlb olunaraq, öz töhfələrini verirlər.

30 ildən artıq Laçından uzaq düşən rayon sakinləri bu gün 30 il öncəki evlərinə geri dönüşün sevincini dəqiqələrə, saatlara sığdıra bilmirlər. Yenilənmiş infrastruktur, müxtəlif iş yerlərinin açılması, fasiləsiz davam etdirilən təmir-tikinti işləri Laçını hər ay öncəkindən daha da gözəlləşdirir. Rayon mərkəzində salınmış idman kompleksi, balıqçılıq təsərrüfatı, asudə vaxtın keçirilməsi üçün nəzərdə tutulmuş parklar, uşaq əyləncə mərkəzləri və yeni innovasiyalarla təmin edilmiş qurumlar yerli sakinlərə peşəkar xidmət göstərir.

18 yaşlı Pünhan, gələcəkdə Laçın Futbol Klubunun ölkənin ən tanınan və uğurlu idman klublarından biri olacağına inanır: "Avqust ayında Laçına köçmüşük, ancaq Laçın bizim köçdüyümüz vaxtla müqayisədə indi daha da gözəlləşib. Rayonumuzda idman kompleksi də açılıb. İstəyərəm ki, öz torpağımızın gəncləri rayonumuzun adın daşıyan klubu hər yerdə təmsil etsin, yeni nailiyyətlərə imza atsınlar".

Bizimyol.info xəbər portalına müsahibə verən Laçın rayonu sakinləri onlar üçün yaradılmış şəraitdən razılıq edib, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizə rəhmət, qazilərimizə sağlam can, xalqımıza əbədi xoşbəxtlik arzulayıblar.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »