2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən hücumlardan sonra Bin Ladenin yazdığı "Amerikaya məktub"un mətni yayılıb.
Bizimyol.info xəbər verir ki, məktub "TikTok" və "X" ("Twitter") daxil olmaqla sosial media platformalarında milyonlarla dəfə paylaşılıb.
Məktubda 11 sentyabr hücumlarının səbəblərindən biri kimi ABŞ-ın İsrailə verdiyi dəstək və Fələstinə təzyiq göstərilsə də, ABŞ gənclərinin Bin Laden və Əl-Qaidənin keçmiş lideri ilə rəğbət göstərdiyi bildirilib.
Bəzi sosial media istifadəçiləri məktubda ABŞ-ın Yaxın Şərqdəki münaqişələrdə iştirakı ilə bağlı alternativ perspektiv təklif etdiyini irəli sürüblər. Bunun üzərinə "X" və "TikTok" platformalarından "Amerikaya məktub" etiketi ilə paylaşılan yazıları siliblər.
Məktubu təbliğ edən istifadəçiləri qınayan "TikTok", məktuba istinad edən bütün məzmunu siləcəyini açıqlayıb. Məktubun tərcüməsini dərc edən və gündəmə gəlməsinə səbəb olan İngiltərənin “The Guardian” qəzeti xəbəri “kontekstindən çıxarıldığına” görə internet saytından sildiyini açıqlayıb.
Qadir, Bizimyol.info