Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir xəstəxanada olan məmnuniyyətsizlik, xəstəxana şəbəkəsinin reputasiyasına təsir edə bilər"
"Bir xəstəxanada olan məmnuniyyətsizlik, xəstəxana şəbəkəsinin reputasiyasına təsir edə bilər"

TƏBİB Layihələrin idarə olunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə, ölkəmizdə ilk dəfə keçirilən Səhiyyə Menecmenti Zirvəsində 2-ci panelinin spikeri qismində moderatorun suallarını cavablandırıb.

Bizimyol.info xəbər verir ki, TƏBİB Layihələrin idarə olunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə çıxışı zamanı xəstəxana şəbəkəsinin çatışmazlıqları və çətinliklərindən bəhs edib.

“Xəstə mərkəzli qala bilmək daha çətindir. Bir xəstəxanada olan xəstə məmnuniyyətsizliyi, bütün şəbəkənin reputasiyasına təsir edə bilər. Qurum içərisindəki bütün fərdlərin eyni hədəf istiqamətində hərəkət etməsi çətinləşir. Hər bir xəstəxanada eyni xidmət qura bilməmək, xəstəxana şəbəkəsinin menecmentində fərqli səviyyəli strukturlar olduğundan bürokratiya və başqa səbəblərdən ləngimə ola bilər. Xəstələr, xəstəxana şəbəkəsinin bütün xəstəxanalarında eyni standartda olan bir xidmət tələb edə bilər. Bunu təşkil etmək, böyük ölçüdə çətinləşir. Şəbəkə içərisində xəstəxanalar öz aralarında zərərli bir rəqabətin içərisinə girə bilər”-deyə Fəqan Həsənzadə bildirib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Səhiyyə Menecmenti Zirvəsi” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla, Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »