“İslam İş Birliyi” təşkilatı adlı təşkilatda işə başladım. Azərbaycan da bu təşkilata üzv bir ölkədir. Orada Azərbaycanı tanımaq üçün kifayət qədər vaxtım oldu. 2016-da “İslam İş Birliyi” təşkilatının İstanbulda zirvə toplantısı oldu. Sizin prezidenti görmə fürsətim oldu, çünki Xarici İşlər nazirinin yanındaydım. Bu təşkilatda işləməyə başlayandan bəri, öz ölkəm üçün işləri irəliyə aparıram. Yəni, Qvineya-Bisau ilə Türkiyə münasibətlərinin necə olacağını idarə edirəm.
2 il əvvəl baş konsulluq açmaq qərarına gəldiyimiz zaman, Ankaraya müşavir olaraq, təyin olundum. O zaman, bizim prezident dedi ki, sən Türkiyədə uzun illərdir yaşayırsan və İstanbulu çox yaxşı bilirsən, bizim üçün İstanbul çox vacibdir. Biz baş konsulluq açıb, səni ora təyin edək. Mən də ölkə rəhbərinin tapşırığını qəbul etdim. Sonra rəsmi işlərə başladım”.
Bu barədə Bizimyol.info xəbər portalına Qvineya-Bisaunun İstanbul şəhərindəki baş konsulu Saico Umaro Embalo danışıb. O, qeyd edib ki, Ankarada müşavir olduğu zaman Azərbaycanla bağlı məsələlərlə əyani tanış olub.
“Azərbaycan son dövrlərdə BMT-ə namizəd göstərilirdi. Biz də Azərbaycanı dəstəklədik. Bizimkilər dedi ki, Azərbaycan önəmli bir ölkədir, oradaki münasibətlərimizi yaxşılaşdırmaq lazımdır. Çünki, Sovetin vaxtında bir çox vətəndaşımız orada təhsil alıb. Amma, artıq o əlaqə qalmayıb.
Bu il Bakıda bir tədbir keçiriləcəkdi. Bizim ölkənin xarici işlər naziri müəyyən səbəblərdən iştirak edə bilmirdi, ona görə də təmsilçi qismində məni təyin etdi. Bakıda Azərbaycanın xarici işlər naziri ilə danışma fürsətim oldu”-deyə Saico Umaro Embalo ölkəsinin Azərbaycanla bağlı planlarından danışıb.
Qvineya-Bisaunun İstanbul şəhərindəki baş konsulu Saico Umaro Embalonun ölkələrarası münasibətlərlə bağlı xüsusi müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info