Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk Silahlı Qüvvələrinin kontingenti Azərbaycanda olduqca, müddət ildə bir dəfə uzadılacaq"
"Türk Silahlı Qüvvələrinin kontingenti Azərbaycanda olduqca, müddət ildə bir dəfə uzadılacaq"

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub. Qanun layihəsi işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.

Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin kontingentinin digər bölgələrdə xüsusən digər ikinci ölkədə olmasının prosedur müddəti 1 illikdir. Hər il başqa ölkədə olan hərbi kontingentin xidmət vaxtının 1 il müddətinə uzadılmasını Böyük Millət Məclisi təsdiq edir. Yüksək hərbi komandanlıq qərargahı deyilən bir qərargah təsis edilib.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

"Türkiyə Silahlı Qüvvələrinin heyətinin, təkcə monitorinq mərkəzində olanların deyil, eyni zamanda Yüksək hərbi komandanlıq qərargahı, bu heyətin tərkibində ən azından 3 nəfər general Azərbaycanın razılığı əsasında hərbi xidməti təşkil edirlər. 44 günlük müharibədən sonrakı mərhələlərdə antiteror tədbirlərinə qədər olan mərhələdə mümkün ola biləcək təxribatların aşkarlanması, məlumatların toplanması, atəşgahın pozulması hallarının monitorinqi və mərkəzi qərargaha çatdırılması üzərinə idi. Onların fəaliyyət müddəti noyabrın 17-də bitdiyi üçün Böyük Millət Məclisi bu qərarı yeniləməli idi. Sırf bu, bir prosedur qaydasıdır"-deyən ekspert bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin Azərbaycanda hansı müddətdə olması müzakirə mövzusu deyil. Yəni bundan sonra hər il nə qədər Azərbaycanda bu heyət mövcud olacaqsa, həmin bu müddət ərzində ildə bir dəfə uzadılacaq.

Ekspert hesab edir ki, Azərbaycan bəzi prosedurları müqavilələrə bağladığı üçün, bu zamanı biz idarə edirik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »