Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ diplomatlarının qərəzli mövqeyi ölkələrimiz arasında siyasi vəziyyəti gərginləşdirir"
"ABŞ diplomatlarının qərəzli mövqeyi ölkələrimiz arasında siyasi vəziyyəti gərginləşdirir"

Bir neçə gün əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq.

Mövcud siyasi gedişlər Azərbaycana necə təsir edəcək?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 15 noyabrda ABŞ konqresinin nümayəndələr palatasında keçirilən dinləmələr, respublikaçı konqresmen alt palatanın üzvü Tomas Kin tərəfindən təşkil edilib.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Tomas Kin də noyabrın birində Ermənistanın ABŞ səfiri Lilit Makuntsla görüş keçirib. O, Ermənistana kömək və Qarabağdan ermənilərin köçürülməsi, etnik təmizləmə və s. altında danışıq apararaq, kömək etmələrini xahiş edib. Bundan sonra qeyd edilib ki, Azərbaycana yüksək səviyyəli görüşlər və kömək dayandırılır”-deyə politoloq vəziyyəti şərh edib. Onun sözlərinə görə, Azərbaycana edilən “kömək” Ermənistana edilən yardımlardan dəfələrlə az olub. Azərbaycanın onların köməyinə heç ehtiyacı da yoxdur. Azərbaycan özünü təmin edən, öz imkanı olan bir ölkədir. Ermənistan kimi “dilənçi”, pul dilənən ölkə deyil. Azərbaycanın öz güclü iqdisadiyyatı və siyasəti var.

“Bizim müstəqil siyasətimiz var. Ermənistan üzünü Amerikaya və Qərbə tutaraq, pul dilənir”-deyən politoloq vurğulayıb ki, bu gün Vaşinqtonla Bakı arasında siyasi vəziyyətin gərginləşməsinə səbəb ABŞ diplomatlarının qərəzli mövqeyidir.

Elşad Həsənov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Qeyd edilib ki, onlar burdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülmür. Əksinə, özləri könüllü şəkildə köçüb gediblər. Qarabağ xuntası özü özünü buraxıb. Bundan sonra isə, Qarabağda yaşayan ermənilərin ordan köçüb getməsini istəyiblər. Bu, sənədlərlə sübut olunmuş faktdır.

“Amerika ilə biz həmişə normal münasibətlər qurmuşuq. Amerikanın bizə ayırdığı vəsait də hər zaman özünün təhlükəsizliyinin təmin olunmasına yönəlib. Yəni Əfqanıstana bizim üzərimizdən uçuşlar ediblər, biz onlara dəstək olmuşuq. Eyni zamanda İranla bağlı müəyyən məsələlərdə, İrandan bizə olan hücumların qarşısının alınması üçün müəyyən maliyyə yardımları da olunur. Bunu etməsələr də olar”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »