Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinkenin köməkçisi: “Rusiyanın Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir”
Blinkenin köməkçisi: “Rusiyanın Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir”

Dövlət Departamenti hesab edir ki, Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi regionundakı sülhməramlıları dəyişdirilməlidir.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan – Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:

“Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir - bizimlə və Qərblə işləmək”.

Son xəbərlər
Bütün xəbərlər »