Video oyun tərtibatçıları, oyun istehsalı sənayesində işləyənlər və həvəskar oyunçular, oyun sektorunun azad və sürətli inkişafında ən uğurlu işləri sərgiləmək üçün Bakıda bir araya gələcəklər. Bütün bunlar Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Eyni zamanda assossiasiya bu oyunlara hakimlik edəcək.
Sammitin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, ilk dəfə Azərbaycan Indie Oyun Mükafatı GameSummit Winter 2023 tədbiri çərçivəsində baş tutacaq, burada müxtəlif ölkələrdən müstəqil oyun tərtibatçıları üç kateqoriyada yarışacaqlar:
- Maraqlılıq: həqiqətən məmnunedici və cəlbedici oyun təcrübəsi təqdim edir. Qalibi müəyyən etmək üçün oyun mexanizmi və ümumi əyləncə dəyəri qiymətləndiriləcək.
- Unikallıq: İnnovasiya və yaradıcılıq müstəqil oyun yaradılmasının təməl daşlarıdır. Bu kateqoriya oyunçulara əvvəllər görmədikləri və ya yaşamadıqları bir həyəcanı təklif edən və yeni zəmin yaradan oyunları əhatə edir.
- Vizual gözəllik: Bu kateqoriya sənətkarlıq və estetika baxımından üstün olan oyunları əhatə edir. Münsiflər oyun dünyalarının vizual dizaynını, bədii istiqamətini və gözəlliyini qiymətləndirəcəklər.
Gamesummit, müstəqil oyun tərtibatçılarına istedadlarını nümayiş etdirmək, tanınmağa kömək etmək və sənaye peşəkarlarının oyunçularla əlaqə yaratmaq üçün bir platforma təmin etmək məqsədi daşıyır. Bu tədbir müstəqil oyun yaradılması icması daxilində əməkdaşlıq, ilham və innovasiya yaratmaq üçün nəzərdə tutulub.
Mükafatlandırma mərasimi dekabrın 9-da baş tutacaq GameSummit Winter 2023-ün əsas məqamı olacaq.
Gamesummit-ə bilet burdan əldə etmək olar:
Oyunlarını təqdim etməkdə maraqlı olan müstəqil oyun tərtibatçıları bu formanı doldurmalıdırlar:
Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Gamesummit" tədbirinin rəsmi media tərəfdaşıdır.