Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektriklə işləyən avtomobil satan şirkət: Çin markalarının 80%-i yox olacaq
Elektriklə işləyən avtomobil satan şirkət: Çin markalarının 80%-i yox olacaq

Türkiyənin avtomobil bazarı son zamanlar böyük dəyişikliklərdən keçir. Elektrikli avtomobillərə tələbat artarkən, Çin başda olmaqla bir çox fərqli ölkədən avtomobil istehsalçıları bu bazarda özlərinə yer tapmağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatı bu barədə yazı dərc edib.

Bildirilir ki, Yaponiyanın Toyota, Lexus və Çinin BYD şirkətlərinin Türkiyə distribyutoru olan "ALJ Türkiyə" şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Əli Heydər Bozkurt Çin şirkətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bozkurt: "Çin markalarının 80 faizi 10 il ərzində yox olacaq"

Bozkurt açıqlamalarında Türkiyəyə yeni daxil olan və ya 2024-cü ildə girəcək Çinli istehsalçılara işarə edərək, bu markaların bazarda mövcud şirkətlərdən müştəri oğurlamağa çalışacağını bildirib. Bu sahədə öz gözləntilərini bölüşən Bozkurt: “Mənim gözləntim odur ki, mövcud Çin markalarının 80 faizi 5-10 il ərzində yox olacaq. Qalan 20 faizdən 15-i yerli bazarda olduğu halda, yalnız 5 faizi dünyaya açılacaq. Onlardan 5-6 faizi Avropaya gəlir. Nə qədər çalışsalar da, onlar bu rəqəmi keçə bilməyəcəklər”, - deyə o qeyd edib.

"Əslində, bu o demək deyil ki, Çin istehsalçıları bazardan tamamilə yox olacaqlar. Avtomobillər ilk dəfə istehsal olunmağa başlayanda öz avtomobillərini istehsal etməyə çalışan müəssisələrin sayı kifayət qədər çox idi. Zamanla rəqabət bu şirkətlərin əksəriyyətini sıradan çıxardı. Bozqurdun açıqlamaları da oxşar prosesdən xəbər verə bilər. Bundan əlavə, şirkətlər yox olmaq əvəzinə birləşməyi seçə bilər", - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »