Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimal-cənub koridoru ilə bağlı məsələlərə görə, Zəngəzur koridoru regionun geosiyasi nöqtəsidir"
"Şimal-cənub koridoru ilə bağlı məsələlərə görə, Zəngəzur koridoru regionun geosiyasi nöqtəsidir"

“Azərbaycan, çox böyük bir iş bacardı. Şuşa hərbi hədəf, Xankəndi siyasi hədəf idi. Çünki, biz Şuşanı azad etmiş olsaq da bilirdik ki, Xankəndi - "Stepanakert", "Artsax"-ı davam etdirmə iddiasında idi. Amma, Azərbaycan dövləti unutmadı, imtina etmədi və bütün çətinliklərə baxmayaraq, planını yaxşı qurdu. Çox yaxşı bir siyasət və diplomatiya qurdu və 1 gündə işi bitirdilər”

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar danışıb. Onun sözlərinə görə, 44 günlük müharibə, Şuşa zəfəri, 1 günlük antiterror əməliyyatı, Xankəndi zəfəri və əsl zəfər "Artsax"-ın çökdürülməsi Azərbaycan üçün çox önəmli idi. Bu mənada 1 günlük müharibənin çox əhəmiyyəti var.

Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info

Ekspet hesab edir ki, xalqın bu bölgəyə geri gəlməsi illər çəkə bilər. Bu məsələdə səbrli olmalıyıq. Çünki minaların təmizlənməsi illərlə davam edə bilər.

“Fikirləşin ki, hər kəs böyük bir sevgi ilə torpaqlarına qayıtdı, minaya düşsələr nə olacaq? Azərbaycan dövlətinin nüfuzunu salan bir məsələdir. Buna görə də mina məsələsi mənim üçün çox vacibdir. Bu işlər üçün çox ciddi miqdarda pul istifadə olunur. Minadan təmizlənmiş olan ərazilərdə çox güclü bir infrastruktur qurulur. Mənim fikrimcə, işlər hələ bitməyib. Bu işlər Ermənistan ilə qalıcı bir sülh müqaviləsi imzalandıqdan sonra həll olunacaq”-deyə ekspert əlavə edib.

Abdullah Ağar vurğulayıb ki, hazırda bölgənin sabitliyə qovuşması ilə bağlı böyük bir işlər görülür. Belə ki, həm cənab Ərdoğan, həm cənab Əliyev bu məsələ ilə bağlı vacib açıqlamalar verib.

“Beynəlxalq dövr çox dinamikdir. Bir tərəfdə Ukrayna müharibəsi var, bir tərəfdə Qəzza müharibəsi var. Çox böyük ölkələrin daxil olduqları bir müharibədir. Bu ölkələrin bəzisi aktivdir, bəzisi passivdir. Qarabağ da geopolitik həssas bir bölgədir. Bəziləri Zəngəzur koridorunu dəstəkləyir, bəziləri dəstəkləmir. Niyyətimiz mübarizə aparmaqdır. Ermənistan Zəngəzur koridorunu açarsa, problem yoxdur. Digər məsələlər daha asan həll oluna bilər. Amma, Zəngəzur koridoru, geopolitik bir xəttdir. Fransa, Avropa İttifaqı, ABŞ, Rusiya və İran açıqlamalar verir. Hindistan məsələyə müdaxilə edir. Şimal-cənub koridoru ilə bağlı məsələlərə görə, Hindistandan Basra körfəzinə, Basra körfəzindən İrana, İrandan Ermənistana, ordan da Qərbə doğru layihələr fikirləşirlər. Böyük dövlətlər bu işdə Zəngəzura müdaxilə edir”-deyə ekspert vurğulayıb.

Abdullah Ağar qeyd edib ki, haqq verilmir, haqq alınır. Haqqımızı alacayıq, almağa məcburuq. Almasaq, Türk dünyasına dair ümidi yox etmiş olacağıq. Çünki insanlığın bitdiyi bir nöqtədəyik. İnsanların bir ümidə ehtiyacı var. Bu ümidə sahib olan da Türk dünyasıdır.

“Qərbin, Şimalın, Şərqin mədəni mənada "bitdiyini" fikirləşirəm. Çünki gücü ədalət, haqq və insanlıq üçün istifadə etmirlər. Öz mənafeləri üçün istifadə edirlər. Qayda-qanunu sağlam bünövrəli dünya var idi. ABŞ həmişə bunu deyirdi. Qəzzada nə oldu həmin dünyaya? “Həmas”ı etdiyi hərəkətə görə tənqid edə bilərsiniz. Bəs İsrailin etdiyi? Bilirsiniz ki, Ukrayna müharibəsi də "qurğu" müharibədir”-deyə Abdullah Ağar bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »