Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropaya işçi vizası adı ilə aldadılanlar artır, "viza düzəldənlər" pul alıb "qazan" doldurur...
Avropaya işçi vizası adı ilə aldadılanlar artır, "viza düzəldənlər" pul alıb "qazan" doldurur...

Şengen vizası almaq üçün yaxın gələcəkdə onlayn prosedur işə düşəcək. Yəni konsulluqlara getməyə ehtiyac yaranmayacaq. Yeni qayda qüvvəyə minəndən sonra uyğun sənədlərin surəti onlayn platformaya yüklənəcək. Konsulluq ərizəçiyə müsbət cavab vermək istəyəndə ona xüsusi barkod göndəriləcək. Viza alan şəxs həmin kodu getdiyi ölkənin gömrük yoxlanması vaxtı göstərərək Şengen zonasına ayaq basa bilər.

Bizimyol.info xəbər verir ki, yeni qayda Azərbaycan vətəndaşları üçün çox əlverişli görünür. Çünki xarici ölkə konsulluqlarında böyük növbələr var. Azərbaycanlı ərizəçilər növbəsinin çatmasını aylarla gözləməli olur. Məsələn, indi ilin sonuna qədər hər hansı konsulluqda görüş imkanı əldə etmək mümkünsüzdür. Ən yaxşı halda yanvarın sonlarına görüş təyinatı almaq olar.

Azərbaycanda Avropaya işçi vizası adı ilə aldadılanlar çoxdur. Ölkədə böyük işsizlik var. İnsanlar çıxış yolu kimi sərhədləri aşmağı görür. Daha çox Baltikyanı ölkələrə, Polşaya üz tuturlar. Rusiya, Ukrayna və Türkiyə əvvəlki qədər cəlbedici görünmür. Ukraynaya üz tutmaq müharibəyə görə təhlükəlidir. Elə Rusiyada da müharibə amili vacib rol oynayır. Şimal dövlətində daha böyük pullar qazanmaq olmur. Üstəlik, müharibəyə göndərilmək ehtimalı var. Türkiyədə iqtisadi vəziyyət ürəkaçan deyil. Buna görə də Avropa haqqında düşünənlər çoxdur. Burada aldadılmaq ehtimalı da yüksək görünür. Avropaya işçi vizası adı ilə aldananlar sosial platformalarda qruplar açıblar. Burada viza dələduzluğu müzakirə olunur. Eyni zamanda insanlar bir-birindən hansı şirkətə güvənib-güvənməməklə bağlı tövsiyə alır. Belə anlaşılır ki, daha heç bir şirkətə etibar qalmayıb. Nurlan Məmmədov adlı qrup üzvü çox bədbin olduğunu yazır. Onun fikrincə, kiməsə güvənməyə dəyməz: “Pul tələsidir. Pulu alıb yubadırlar”. Qrup üzvlərindən Rəna Məmmədli yazır ki, səyahət agentliklərinin hamısından uzaq dayanmaq lazımdır. Çünki dələduzluq aktları baş alıb gedir. Ümumiyyətlə, fikir bildirən qrup üzvlərinin əksəri heç kimə güvənməməyi tövsiyə edir. Hesab olunur ki, pul batmasa da, investisiya predmetinə çevrilir. Yəni “viza düzəldənlər” insanlardan pul toplayaraq özlərinə iş qururlar. İndi məhz bu metod çox populyardır. Oxuduqca ölkə vətəndaşlarının düşdüyü vəziyyətə təəssüflənməmək olmur.

İşsizlik insanları çarəsiz vəziyyətə salıb. Güvənməyə hər hansı şirkət axtarırlar ki, Avropada iş əldə edə bilsinlər...

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »