Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ürək-damar xəstəlikləri ilə mübarizədə yenilik - Gen terapiyası xolesterini azaldır
Ürək-damar xəstəlikləri ilə mübarizədə yenilik - Gen terapiyası xolesterini azaldır

Alimlər xolesterolla mübarizə üçün yeni gen terapiyası hazırladıqlarını açıqlayıblar. Yeni üsulda xolesterinin yüksəlməsinə səbəb olan gen təsirsiz hala gətirilir. Beləliklə, xolesterolda yüzdə 50-yə qədər azalma əldə edilir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın biokimya şirkəti "Verve Therapeutics" yüksək xolesterolla mübarizə üçün yeni gen terapiyası hazırladıqlarını açıqlayıb.

Müalicə xolesterol səviyyəsinin yüzdə 39-55 arasında azalması ilə nəticələnsə də, mütəxəssislər bu inkişafın ürək xəstəlikləri ilə mübarizədə əhəmiyyətli bir addım ola biləcəyini ifadə edir.

Tədqiqatlar təxminən on il əvvəl pis xolesterin olaraq da bilinən LDL xolesterol səviyyələrinin azalmasına səbəb olan bir gen mutasiyasının aşkarlanması ilə başlanıb. Təcrübələr çərçivəsində xəstələrə xolesterolun yüksəlməsinə səbəb olan "PCSK9" adlı genin funksionallığını aradan qaldırmaq üçün gen dəyişdirən dərman verilib. Dərman xolesterolun sintez mərkəzi olan qaraciyər hüceyrələrinə nüfuz edərək öz funksiyasını göstərib. Klinik sınaq ABŞ-da cəmi 10 xəstə ilə aparılsa da, ekspertlər sınaq nəticələrinin yüksək potensial göstərdiyini bildirir.

Sözügedən əsərin yaradılmasının arxasında şəxsi hekayə də var. Araşdırma qrupunun rəhbəri doktor Sekar Kathiresanı bu araşdırmaya aparan ən mühüm amil ailə üzvlərinin ürək xəstəliklərinə meylli olmasıdır. Ürək tutması nəticəsində əmisini, nənəsini və qardaşını itirən Kathiresanın atası da 54 yaşında infarkt keçirib. Tədqiqatçı ailəsində baş verən faciəli ölümlərdən sonra bu sahədə işləməyə qərar verir. Və nəticələr, indiyə qədər dünyada ürək-damar xəstəlikləri ilə mübarizə istiqamətində aparılan araşdırmaların ən uğurlularından hesab edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »