Maliyyə Nazirliyinin peşəkar eşalonu İsrail hökumətinə 2024-cü ildə 6 hökumət nazirliyini bağlamağı tövsiyə edib.
Bizimyol.info xəbər verir ki, Maliyyə Nazirliyi bu addımın atılmasının lazım olduğunu bildirib. Nazirliyin araşdırmasına görə, dövlət büdcəsindən bağlnacaq nazirliklərə ayrılan pulları hərbi ehtiyaclar üçün istifadə etmək indiki zamanda hada vacibdir.
Bağlamaq üçün tövsiyə olunan nazirliklər:
- Yerusəlim İşləri və Ənənələr Nazirliyi,
- İrs Nazirliyi;
- Qəsəbələr Nazirliyi və Milli Nümayəndəliklər;
- Diaspor İşləri Nazirliyi;
- Regional Əməkdaşlıq Nazirliyi;
- Sosial Bərabərlik Nazirliyi.
Maliyyə naziri Bezalel Smotriç hələki hökumətin təsdiqi üçün koalisiya vəsaitlərinin hətta qismən dondurulması barədə qərar qəbul etməyib (baxmayaraq ki, o, bunu etmək niyyətində olduğunu yüksək səslə bəyan edib). Eyni zamanda, öz nazirliyindəki büdcə departamenti bütün paylanmamış koalisiya pullarının tamamilə dondurulmasını və yalnız hərbi ehtiyaclara xərclənməsini tövsiyə etdi.
Son iki gün ərzində Smotriç ultra-pravoslav partiyaların liderləri ilə koalisiya pulları ilə bağlı anlaşmaya nail olmaq üçün görüşüb.
Maliyyə naziri gələn həftə hökumət tərəfindən təsdiq edildikdən sonra 2023-cü ilin büdcəsinə dəyişiklikləri qanunvericilikdə nəzərdə tutmaq niyyətindədir.
"Bloomberg" hesab edir ki, müharibənin bir günü İsrailə 260 milyon dollara başa gəlir - təxminən 1 milyard şekel. Onun sözlərinə görə, müharibə ölkəyə gözlənildiyindən də baha başa gəlir və dövlət büdcəsinə ağır yüklər qoyur.
Netanyahu hökuməti iki həftəlik müharibənin dəyəri olan təxminən 14 milyard şekel koalisiya fondu paylamağı planlaşdırırdı.
Qadir, Bizimyol.info