Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur koridorunun, Türk dünyası ilə əlaqələrin "açar"ı bizdə olmalıdır"
"Zəngəzur koridorunun, Türk dünyası ilə əlaqələrin "açar"ı bizdə olmalıdır"

"Zəngəzur dəhlizi çox önəmlidir. Zəngəzurun bizim torpağımız olduğunu çox yaxşı bilirik. Amma, 1920-ci ildə ruslar tərəfindən Ermənistana verildiyini də bilirik. Ermənistan tərəfinin verdiyi bir söz var. Bu, əslində müharibənin qan dəyəridir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar danışıb. O, qeyd edib ki, Ermənistan verdiyi sözü tutmamaq üçün mübarizə aparır.

Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info

“Dedilər ki, “biz Zəngəzuru sizə verəcəyik”. Amma, indi verməmək üçün mübarizə aparırlar və İran da bunu dəstəkləyir. Artıq, yeni-yeni cümlələr qurmağa başladılar. “Sülh qovşağı” deyirlər. “Sülh qovşağı” nədir? Şimal-cənub koridorunun İrandan keçməsi, şərq-qərb koridorunun İrandan keçməsi, bundan da Ermənistanın öz payını alması qeyd edilir. Biz İrana düşmən deyilik. Amma, İran bizə düşmənlik edərsə, bunun qarşılığını verərik. İrandan da bir fars koridoru, Araz koridoru keçə bilər. Qarşı deyillik, o qapı da istifadə oluna bilər. Amma, Zəngəzur koridoru istəyirik, çünki, Zəngəzur koridorunun açarı bizim əlimizdə olacaq. Bu, bizim haqqımızdır. Amma, mübarizə aparırlar. Araz koridorunun açarı İranın əlindədir. Türk dünyası ilə əlaqələrin açarı bizdə olmalıdır. Çünki başqasının əlində olduğu zaman, işinə yaradağı zaman açar, yaramadığı zaman bağlayar. Araz koridorunun açarı İranda olsun, Gürcüstan koridorunun açarı Gürcüstanda olsun. Ermənistan üzərində başqa bir yol açılsın, onun açarı Ermənistanda olsun. Amma, Zəngəzur koridorunun açarı bizim əlimizdə olsun, bu müharibənin haqqıdır. Bunda israrcı olmasaq, bunu itirsək, gələcəyimizi də itirərik”-deyən Abdullah Ağar vurğulayıb ki, diplomatiya çox vacibdir. Çünki 30 illik məsələ müharibə ilə, qan ilə həll edilib. Bu haqqı diplomatiyada itirə bilmərik. Çox böyük risklər var. Amma risk var, deyə haqqımızdan imtina etsək, gələcəyimizdən də imtina etmiş olarıq.

“44 günlük müharibə başlamadan uduzma riski var idi. Bu riskə baxmayaraq, qazandıq. 1 günlük lokal xarakterli antiterror əməliyyatında da risklər var idi. 1 gündə 500 nəfər şəhid oldu. Hər zaman risk var, amma, riski gözə almasaq, heçnə qazana bilmərik. Əgər haqq istəyirsinizsə, bunun bədəlini ödəməlisiniz. Bu da bir riyaziyyatdır əslində. Müharibənin, diplomatiyanın bir riyaziyyatı var. Bu riyazi qaydalarda da güzəştə getməyəcəksiniz. Siz ruhunuzla, qəhrəmanlığınızla, cəsarətinizlə riyaziyyatı dəstəkləyə bilərsiniz”-deyə Abdullah Ağar əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »