Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda yaşananları kitabda göstərmək üçün Azərbaycanda 9 ay yaşayıb, gündə 18 saat işlədim"
"Qarabağda yaşananları kitabda göstərmək üçün Azərbaycanda 9 ay yaşayıb, gündə 18 saat işlədim"

Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar Qarabağ müharibəsi, xüsusilə 44 günlük müharibə haqqında kitab qələmə alır. Kitabda müharibənin hər anı yer alıb.

Bu barədə Abdullah Ağar Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.

“Kərim Vəliyev və Hikmət Mirzəyev başda olmaqla, hərbi hava qüvvələri komandiri, korpus komandirləri, briqada komandirləri, batalyon komandirləri və qəhrəman əsgərlərlə bağlı 400 səhifə, ümumi 1500, 2000 səhifəlik bir kitab olması gözlənilir. Bir dastan yazırıq. Sadəcə bunun üçün, müharibədə yaşanılanları iştirakçılarından dinləmək üçün 9 ay Azərbaycanda yaşadım. Gündə 18 saat işlədim. Bəzi problemlərimiz var, bitdiyi zaman müharibəni onların dilindən eşidəcəksiniz”-deyə Abdullah Ağar bildirib.

Abdullah Ağar 30 illik işğal dövründə erməni vandalizmindən, torpaqlarımızın yağmalanmasından, tarixi abidələrimizin məhv edilməsindən, ərazilərimizin minalanmasından, ümumiyyətlə 30 il ərzində Azərbaycanın, azərbaycanlıların başına gətirilən müsibətlərdən də danışıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »