Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəhidlərimiz bizlərə çox böyük bir şərəf, qürur bir sevinc və özgüvən hissi bəxş etdilər"
"Şəhidlərimiz bizlərə çox böyük bir şərəf, qürur bir sevinc və özgüvən hissi bəxş etdilər"

8 noyabr Zəfər günü münasibətilə Türkiyənin Bahçeşehir Universitetinde Azərbaycanlı tələbə və məzunlar Platforması (ASAP) “Qarabağın iqtisadi potensialı və inkişaf perespektivləri” mövzusunda təbdir keçirilib. Tədbirin fəxri qonağı, universitetin müəllimi və hərbi ekspert Abdullah Ağar 44 günlük Vətən müharibəsi günləri haqqında tədbirin iştirakçılarına məlumat verib. Abdullah Ağar, Qarabağ müharibəsi zaman həlak olmuş qəhrəmanlardan danışarkən qeyd edib ki, onlar vətən uğrunda canlarından keçiblər.

“Birinci Qarabağ müharibəsinin şəhidləri, 44 günlük Vətən müharibəsində 2914 şəhid, keçən il sentyabr ayında olan atışmalarda 300-ə yaxın şəhid, son olaraq, həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatında 500-dən çox şəhid qəhrəmanımız canlarından keçərək, qanlarını tökərək bizlərə böyük bir qüruru, çox böyük bir şərəfi, çox böyük bir sevinci və çox böyük bir özgüvəni bəxş etdilər. Xahiş edirəm ki, empatiya qurun. Deyin ki, “mən canımı vətən üçün verərəmmi?” Onlar verdilər. Bu, çox böyük bir işdir. Vətəni, milləti, dövləti, əsgərlik qüruru və şərəfi üçün canını fəda etmə iradəsi ortaya qoya bilmək, bir insanın həyatında edə biləcəyi ən çətin iş ola bilər. Amma onlar bunu edərək, bizlərə son dərəcə vacib və sahib çıxmalı olduğumuz bir miras qoydular. Bu mirasın adı şərəfdir, vətəndir, millətdir və dövlətdir. Biz sadəcə bizim üçün qanlarını tökən, canlarını verən o insanların xətrinə və gələcəyimizə sahib çıxma adına vətənimizə, millətimizə, dövlətimizə hər vəziyyətdə sahib çıxmalıyıq”-deyə Abdullah Ağar vurğulayıb.

Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info Abdullah Ağar / Foto: İradə Cəlil, Bizimyol.info

Hərbi ekspertin fikrincə, biz lazım gəldikdə, vətən, millət, dövlət üçün canını verə biləcək bir ruha sahib olub və bu ruhu göstərə bilsək, o zaman heç kim bizə qarışa bilməz.

“Deyərlər ki, bunlar vətənləri üçün canlarını verərlər. Bunlar bizə çox ağır qiymət ödədilər. Bu münasibəti düşmənə hiss etdirsəniz, kimsə sizə qarışa bilməz. Ona görə hər zaman ruhu yüksək, şərəfli bir Türkiyə türkü, Azərbaycan türkü olmaq boynumuzun borcudur”-deyən Ağar 44 günlük Vətən müharibəsi haqqında da fikirlərini bildirib.

Daha sonra tədbirin iştirakçıları mövzu ilə bağlı fikirlərini qeyd  edib, qonaqla mövzu üzrə sual-cavab prosesində iştirak ediblər.

İradə Cəlil – Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »