Cənubi Koreyada robot adamı topladığı ərzaq qutularından ayırd edə bilmədiyindən əzərək öldürüb.
Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, hadisə robototexnika şirkətinin 40 yaşlarında olan əməkdaşının robotu yoxladığı vaxt baş verib.
Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinin məlumatına görə, robot onu idarə etmək istəyən adamı tərəvəz qutusu ilə səhv salaraq kişinin qolundan tutub və bədənini konveyer lentinə sıxaraq üzünü və sinəsini əzib.
Kişi xəstəxanaya aparılsa da, sonradan dünyasını dəyişib.
Qadir, Bizimyol.info