Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni hörümçək sancması nəticəsində dünyasını dəyişib
Müğənni hörümçək sancması nəticəsində dünyasını dəyişib

Braziliyalı müğənni Darlyn Morais hörümçək sancması nəticəsində yaranan fəsadlar səbəbindən dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, oktyabrın 31-də Braziliyanın şimal-şərqindəki Miranorte şəhərindəki evində zəhərli hörümçək sancması musiqiçi Darlyn Morais bədənində allergik reaksiyalar göstərməsi səbəbi ilə xəstəxanaya yerləşdirilib. O, noyabrın 3-də evə buraxılıb.

Musiqiçinin həyat yoldaşı Jhullyenny Lisboa Braziliyanın "G1" xəbər kanalına verdiyi açıqlamada Moraisin xəstəxanadan evə gəldikdən sonra vəziyyətinin yenidən pisləşdiyini, özünü hər zaman yorğun hiss etdiyini, üzündəki qançırın rənginin dəyişməyə başladığını bildirib.

Noyabrın 5-də yenidən xəstəxanaya yerləşdirilən müğənni noyabrın 6-da, bazar ertəsi faciəli şəkildə dünyasını dəyişib.

Lisboa həyat yoldaşı ilə birlikdə 18 yaşlı qızını da hörümçək sancdığını, hazırda xəstəxanada olduğunu və vəziyyətinin stabil olduğunu bildirib.

15 yaşında musiqi dünyasına qədəm qoyan Darlyn Morais qardaşı və yaxın dostundan ibarət qrupla Qoyas, Maranhao və Para əyalətlərində də çıxış edirdi.

"G1"ə verdiyi açıqlamada əmisi oğlu Vesleya Silva Moraisin ölümünün yaxınlarını və pərəstişkarlarını şoka saldığını bildirərək: "Onun nəhəng bir ürəyi var idi, hər zaman ətrafındakı insanlara kömək edərdi", - deyə onu hər zaman xatırlayacaqlarını qeyd edib.

Moraisin ölümünə hansı növ hörümçəyin səbəb olduğu bilinmir, lakin Braziliyanın dünyanın ən təhlükəli hörümçəyi olan “Braziliyalı Səyyah Hörümçək”in yaşadığı ölkə olaraq tanınır.

Bildirilir ki, Braziliya Səyyah Hörümçəyinin zəhəri qeyri-adi ağrılara, qan təzyiqinin artmasına, tənəffüs sürətinin artmasına, bulanıq görmə və qıcolmalara səbəb olur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »