Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq bağçalarının ərzaq təminatı azaldılır: “Hər 4 uşaqdan sadəcə 1-i bağçaya gedir”
Uşaq bağçalarının ərzaq təminatı azaldılır: “Hər 4 uşaqdan sadəcə 1-i bağçaya gedir”

Məktəbəqədər təhsil xərcləri artırılır. Büdcədəki rəqəmlər iki il əvvəllə müqayisədə 90 milyon manat çoxdur. Nə qədər ziddiyyətli görünsə də, artım fonunda uşaq bağçalarının ərzaq təminatında azalma müşahidə edilir. Özü də nə az, nə çox 90 milyon manat. Təsəvvür edin ki, ərzaq qiymətləri bu qədər yüksəlib, amma qidalanma xərcləri kəskin azaldılır.

Bizimyol.info xəbər verir ki, xərclərin necə bölüşdürülməsi qərarı Elm və Təhsil Nazirliyinə həvalə olunub. Əvvəllər yerli icra orqanları məsələnin məsuliyyətini daşıyırdı. Təəssüf ki, nazirlik xərc məsələsinin dövlət sirri kimi qoruyur. Yəni şəffaflıq yoxdur. Bilmək olmur ki, məhsulların alış qiymətləri necədir, təchizatçı şirkətlər hansı şəkildə davranır. Digər xərclər atır, hara xərclənəcəyi bilinmir.

Uşaq bağçalarında ərzaq xərclərinin azaldılmasından müxtəlif nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl bunun yaxşı hal olmadığını düşünmək mümkündür. Onsuz da dövlət bağçalarında vəziyyət yaxşı deyil. Bir az maddi imkanı çatanlar özəl bağçalara üstünlük verir. Dövlətin balansında olan müəssisələrin bir çoxunun görünüşü qənaətbəxş sayılmır. Daha pisi valideynlərin uşaq bağçalarından böyük gözləntisinin olmamasıdır. Belə müəssisələr xüsusilə işləyən valideynlərin uşaqların başsız qalmaması baxımından işinə yarayır.

İkinci vacib nüansı iqtisadçılar qeyd edir. Ərzaq xərcləri məhz uşaq bağçalarının yerli icra orqanlarının balansından çıxarılmasından sonra azaldılır. 20 milyon manat yetərincə böyük məbləğdir. Belə çıxır ki, yerli icra orqanları böyük yeyintiyə yol verirmiş. Həmin 20 milyon manatın havaya sovrulduğu düşünülüb. Görünür, Elm və Təhsil Nazirliyinin indiki rəhbərliyinə etimad böyükdür. Hesab olunur ki, bu dəfə yeyinti olmayacaq.

Məsələ barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc danışıb. O, ərzaq xərclərinin azaldılmasını yaxşı hal saymır. Deputat hesab edir ki, məsələyə bir daha baxılmalıdır. Zahid Orucun mətbuata açıqlamasında çox vacib rəqəmdən söz açılıb. Ölkədə cəmi 1825 uşaq bağçası var və hər 4 azyaşlıdan yalnız 1-i bu müəssisələrə gedir. Say aşkar azdır. Bu, bir daha uşaq bağçalarına etimadın az olmasını göstərir. Üstəlik, bağçaların sayı da çox azdır. Görün, necə bir vəziyyət yaranıb. Bağçaların sayı az, uşaqların çoxu buradan kənarda qalır. Həm də ərzaq xərcləri də azaldılır.

İdarəetmə o qədər pisdir ki, uzun-uzadı təhlilə də ehtiyac qalmır. Hər şey çox pisdir və düzəlməsi üçün doğru addımlar atılmır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »